HADİSƏ

Şəkidə ev yandı

Şəkidə yaşayış evi yanıb.

"32gun.az" xəbər verir ki, yanğın Şəki şəhər D.Bünyadzadə küçəsində 1981-ci il təvəllüdlü Rəcəbov Pərviz Abdulrəhim oğluna məxsus fərdi yaşayış evində baş verib. Yanğın yerinə Şəki rayon DYMH-nin texnikaları cəlb olunub.

Yanğın zamanı  Rəcəbov Pərviz Abdulrəhim oğluna məxsus ümumi sahəsi 189 k/m olan 2 mərtəbəli evin dam örtüyü, mətbəx hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət slan olmayıb.

Loading...

Oxşar Xəbərlər