DÜNYA 20 XƏBƏR

Skamyada ağlayan körpə tapılıb

Moskva yaxınlığındakı Ximkidə yerli sakinlər Mikoyan küçəsindəki evlərin birinin həyətində skamyada körpə taparaq, təcili yardıma xəbər veriblər. Hadisə yerinə gələn Rusiya Milli Qvardiyasının əməkdaşları hadisə barədə polisə məlumat veriblər.
32gun.az bildir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb .

Uşaq götürülərək polis şöbəsinə gətirilib. Bir az sonra ora özünü 2023-cü il təvəllüdlü uşaq anası kimi təqdim edən qadın yaxınlaşıb. Xarici əlamətlərə görə qadın sərxoş olub. O, polis əməkdaşlarına qarşı kobudluq edib və onları o qədər təhqir edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun barəsində inzibati protokol tərtib edərək, cinayətkarın hərəkətini xırda xuliqanlıq kimi qiymətləndiriblər. Rayon sakini valideynlik vəzifələrini lazımınca yerinə yetirməməkdə də ittiham olunur.

Körpə xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.

Hadisə şahidlərinin sözlərinə görə, qadın uşağı dostunun yanına qoyub, daha sonra evə gedib. Körpə iki saat fasiləsiz ağlayıb, bundan sonra kişi onu skamyada tək qoyub.
Ayxan 

Loading...

Oxşar Xəbərlər