DÜNYA 20 XƏBƏR

Kosmik tullantılar Çinin Tiangong orbital stansiyasına ziyan vurub

Çinin Tianqonq orbital stansiyası kosmik tullantılarla toqquşma nəticəsində zərər çəkib. Zərbə günəş panellərini zədələyərək stansiyada elektrik enerjisinin kəsilməsinə səbəb olub.
32gun.az bildirir ki, hadisə barədə Çinin dövlət xəbər agentliyi Sinxua məlumat yayıb.

Sinxua Çinin İnsanlı Kosmik Agentliyinin (CMSA) məlumatlarına istinadən, "Tianqonq kosmik stansiyasının əsas modulu Tianhe, kosmik dağıntıların günəş qanadının elektrik kabellərinə təsiri səbəbindən enerji təchizatının qismən itkisinə məruz qaldı" deyib.

CMSA orbital stansiyaya dəqiq nəyin düşdüyünü - kosmik gəmilərin zibilini və ya mikrometeoritlərin fraqmentlərini açıqlamayıb.

2021-ci ildə işə salındıqdan sonra Tiangong dəfələrlə kosmik dağıntılardan yayınma manevrləri həyata keçirib.

Sinxua vurğulayıb ki, Çin kosmik stansiyanın orbitlərini və aşağı orbitli hədəfləri dəqiq proqnozlaşdırmaq qabiliyyətini genişləndirib, həmçinin kosmik toqquşma xəbərdarlığı və ondan yayınma prosedurlarını optimallaşdıraraq, yalançı həyəcan siqnallarının sayını 30% azaldıb.
Ayxan 

Loading...

Oxşar Xəbərlər