SOSIAL

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Ombudsman institutunun əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı ayrıca illik hesabat hazırlaması təklif olunur.

"32gun.az" xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov çıxış edib.

O bildirib ki, məsələ ilə əlaqəli bir çox ölkələrin təcrübəsinə nəzər yetirib: "Apardığım araşdırmalarla həmin ölkələrdə Ombudsman institutu bir çox sahədə illik hesabat hazırlayır. Həmin hesabatlardan biri də əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Çox vacibdir ki, Ombudsman instututu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlasın. Bu da inkluzivlik baxımından çox önəmlidir. Azərbaycan inklüziv inkişafı ilə seçilən ölkələrdəndir".

 

Loading...

Oxşar Xəbərlər