SOSIAL 20 XƏBƏR

Xalq artistinin qızının firması məhkəməyə verildi

"Super Servis” Xüsusi Firması məhkəməlik olub. 

Firma barədə Yol Hərəkəti Qaydalari Əleyhinə Olan Inzibati Xətalar protokolu tərtib olunub.
32gun.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan Super Servis” Xüsusi Firmasının qanuni təmsilçisi Tamilla Sadıqova Hüseynağa qızıdır. 

T.Sadıqova Azərbaycanın mərhum xalq artisti Hüseynağa Sadıxovun qızıdır.

Mediada gedən məlumatlara görə, T.Sadıqovanın “Yüksəliş” müsabiqəsinin imtahanında 70 iştirakçının zəhərlənməsinə görə 2021-ci ildə məhkəmə işi başlayıb. Super Servis Keyterinqi”nin rəhbəri Tamilla Sadıxova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. O Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə ittiham edilirdi.

Nilay

Loading...

Oxşar Xəbərlər