EKONOMİKS

Nazir müavinət, pensiya və təqaüdlərin artırılmasının səbəbini açıqladı

"Gələn ildən müavinət, pensiya və təqaüdlərin artması eyni zamanda dünya miqyasında postpandemiya dövrünə təsadüf edən qiymət artımı ilə bağlıdır”.

32gun.az-ın məlumatına görə, bunu “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, burada, əsasən, dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı təqdim edilən layihədə əks olunub: “Pandemiyadan sonra dünya iqtisadiyyatında bərpa prosesləri qeyri-bərabər baş verir. Bunun nəticəsində müəyyən logistika zənciri vaxtilə qırılıb. Onun bərpası gözləniləndən ləng getməkdədir. Bu da nəticə etibarilə bir sıra əmtəənin istehlakçılara təqdim edilməsində problemlər yaradıb. Bu isə qiymətlərin artımına gətirib çıxarıb. Heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatı da bu proseslərdən tam qorunmayıb. Buna görə də Prezident İlham Əliyev müvafiq sərəncam verib. Bu təsirlərin yumşaldılması məqsədilə dövlət başçısı tərəfindən xüsusi tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib”.

Loading...

Oxşar Xəbərlər