DİGƏR

Sevgilisinin üzünə it maskası taxıb xalta ilə gəzdirən qadın insanları şoka saldı - FOTOLAR

Braziliyadakı qatar stansiyalarından birində maraqlı fotolar qeydə alınıb.

Sfera.az bildirir ki, görüntülərdə Luana Kazaki adlı qadının stansiyanın restoranında sevgilisini xalta ilə gəzdirdiyi görünüb.  Artur o Urso adlı adamın boynundakı xalta ilə yanaşı, üzündə də it maskası olub. Cütlük ətrafdakı insanların baxışlarına əhəmiyyət vermədən restoranda bir müddət oturublar. Bəziləri bu vəziyyətə sərt reaksiya verib. 

Qadın və kişinin bu formada gəzməsinin səbəbi isə eşidənləri təəccübləndirib. Belə ki, Luana etdiyi hərəkətin aralarındakı münasibəti gücləndirdiyini və sevgilərini canlı tutduğunu deyib.  Gənc qadın "Sən nə edirsən?” sualını verənlərə, "İtimi gəzdirirəm, sizə nə var”, deyə qarşılıq verib. 

Qeyd edək ki, son vaxtlar ABŞ və Braziliyada bu cür hadisələr geniş vüsət alıb. Bundan əvvəl, yanvar ayında Kanadada sevgilisini xalta ilə gəzdirən qadın saxlanılmışdı.

Loading...

Oxşar Xəbərlər