MƏDƏNİYYƏT - ŞOU VİDEO

Məşhur müğənninin olduğu təyyarəni ildırım vurdu - Video

Amerikalı müğənni Mayli Sayrusun olduğu təyyarəni ildırım vurub.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. İldırım vurduqdan sonra hava nəqliyyat vasiitəsi təcili eniş etməli olub. Bu səbəbdən ifaçının Paraqvayda baş tutmalı olan konserti təxirə salınıb.

“Təyyarəmiz gözlənilmədən tufana düşdü, onu ildırım vurdu. Mənimlə səyahət edən komandam, dostlarım, ailəm təcili enişdən sonra yaxşıdırlar. Təəssüf ki, biz Paraqvaya uça bilmədik" deyə, Mayli bildirib.

Qeyd edək ki, daha əvvəl Britaniyaya musiqi festivalına uçan müğənninin olduğu təyyarə də qəzalı vəziyyətə düşmüşdü. Bu səbəbdən o, ümumiyyətlə təyyarəyə minməkdən qorxduğunu açıqlamışdı.

Mayli Sayrusun olduğu təyyarəni ildırım vurdu - Video

Loading...

Oxşar Xəbərlər