DİGƏR

Məşhur sosial media fenomenləri həbs edildi – Yüzlərlə insanı vergi adı ilə aldadıblar

Türkiyədə sosial şəbəkə vasitəsilə insanları aldadan cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

Aralarında sosial media fenomeni Simge Baranoğlu və Yeşim Aydının da olduğu 16 nəfər həbs edilib.

Polis fırıldaq şəbəkəsinin sosial mediada oynanılan oyundan pul mükafatı qazandıqları, lakin müəyyən miqdarda vergi ödəyərək mükafatı ala biləcəkləri yalanı ilə istifadəçiləri aldatdıqlarını müəyyən edib.

Həbs edilən Simge Baranoğlu ifadəsində, "Sosial media fenomeniyəm. Dolanışığımı reklamla qazanıram. İstintaq mövzusu olan bu hadisə də digər reklamlar kimi olub. Tərəfləri tanımıram və  ittihamları qəbul etmirəm”, – deyə qeyd edib.

Həbs edilən digər fenomen Yeşim Aydın isə bunları deyib: "Sosial şəbəkələrdə reklam işləri ilə məşğul oluram. Bu adamlar mənimlə əlaqə saxlayıb reklam vermək istədiklərini dedilər. İşim bu olduğu üçün qəbul etdim. Belə olduğunu bilsəydim heç vaxt qəbul etməzdim. Məsələnin mahiyyətini polis bölməsində öyrənmişəm. Heç kimi aldatmağa çalışmamışam. Şikayətçilərin heç biri ilə əlaqə saxlamamışam, pul istəməmişəm. Sadəcə reklam haqqı almışam. Çox təəssüf edirəm". /Musavat.com

Loading...

Oxşar Xəbərlər