İDMAN

Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşdi

Türk mütəxəssis Samet Aybaba Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olduğunu təsdiqləyib.

32gun.az xəbər verir ki, bu barədə mütəxəssis Türkiyə mətbuatına açıqlamasında bildirib. Samet Aybaba danışıqların davam etdiyini və son qərarın verilməsinə çox az vaxt qaldığını vurğulayıb. 

"Star"ın məlumatına görə, məşqçi təklifi qəbul edib. Samet Aybaba tezliklə rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, 66 yaşlı mütəxəssis karyerası ərzində Türkiyənin "Kayserispor", "Adana Dəmirspor", "Ankaragücü", "Vanspor", "Gənclərbirliyi", "Qaziantepspor", "Trabzonspor", "Ankaraspor", "Çaykur Rizəspor", "Bursaspor", "Bucaspor", "Beşiktaş", "Antalyaspor", "Eskişəhərspor" və "Sivasspor" klublarını çalışdırıb.

Loading...

Oxşar Xəbərlər