KRİMİNAL

“Patı” ilə videosu yayılan bloqer HƏBS EDİLDİ

Sosial şəbəkələrdə narkotik istifadə edərkən görüntüləri yayılmış bloqer həbs edilib.

32gun.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınan Cəmil Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən şəxsi istifadə miqdarında metamfetamin (patı) aşkarlanıb.

Faktla bağlı tərtib edilən protokol Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Cəmil Quliyev barəsində iki ay müddətində inzibati həbs qərarı verilib.

Loading...

Oxşar Xəbərlər