İDMAN

Mayk Tayson təyyarədə fanatını döydü - VİDEO

Əfsanəvi boksçu Mayk Tayson fanatını döyüb.

32gun.az bildirir ki, hadisə San Fransisko Beynəlxalq Hava Limanından Floridaya gedən təyyarədə baş tutub. Belə ki, əvvəlcə Tayson onunla şəkil çəkdirmək istəyən pərəstişkarını incitməyib. Lakin onun arxa oturacağında əyləşən bu şəxs, 55 yaşlı əfsanəvi boksçunu narahat etməyə başlayıb və bu, gərginliyə səbəb olub. Gənc adamın hərəkətləri Mayk Taysonu özündən çıxarıb və dözə bilməyən idmançı fanatını yumruqlamağa başlayıb.

Əfsanəvi boksçu ilə pərəstişkarı arasında baş verən bu döyüş qısa zamanda sosial mediaya düşüb. Kadrlarda Mayk Taysonun bir nəfərə yumruq atdığı görüntülənib. Onu dayandırmaq istəyən biri, "Hey Mayk! Dayan", deyə qışqırdığı eşidilib. Hadisələri videoya çəkən şəxsin isə, "Oğlum Mayk Tayson tərəfindən döyüldü. Bəli, o, dəli oldu. Sadəcə imza istəyirdi. Nə baş verdiyini anlamadıq", - deyə bildirib.

Boksçunun bu hərəkətindən sonra onun yaxın ətrafından açıqlamalar gəlib. Bildirilib ki, sərnişin sərxoş olub və Taysonu yumruqlamağa təhrik edib. Təyyarədə olan sərnişinlər Maykın hadisədən sonra təyyarədən düşdüyünü deyiblər. Qeyd olunub ki, yumruq zərbəsi alan və qan içində qalan  sərnişinə tibbi yardım göstərilib, daha sonra o, polis tərəfindən dindirilib. //sfera

Loading...

Oxşar Xəbərlər