DİGƏR

Bu əlamətlər xərçəng OLA BİLƏR

Onkoloq İvan Karasev bildirib ki, nazik bağırsaq xərçəngi ən çətin diaqnoz qoyulan xərçəng növlərindən biridir. 

Bu barədə o, “Beşinci Kanal”a məlumat verib.

Karasev vurğulayıb ki, nisbətən asemptomatik inkişaf xərçəngin son mərhələlərində təsadüfən aşkarlanmasına gətirib çıxarır. Nazik bağırsaq xərçəngi erkən və ya orta mərhələdə diaqnoz qoyularsa, 80% hallarda müalicə edilə bilər.

Onkoloq deyir ki, insan ürəkbulanma və qusma, şişkinlik, göbəkdə ağrı, qəbizlik və ya ishal, həmçinin nəcisdə qan müşahidə edərsə, nazik bağırsaq xərçəngindən şübhələnməlidir.

Risk qrupuna xroniki bağırsaq xəstəliyi, nazik bağırsağın adenomatoz polipləri, polipoz sindromları, həmçinin xəstəliyə irsi meyli olan insanlar daxildir. Yağlı qidaların və hisə verilmiş qidaların miqdarının azaldılması xəstəliyin inkişaf riskini azaltmağa kömək edəcəkdir. lent.az

Loading...

Oxşar Xəbərlər