SOSIAL

Azərbaycanın tanınmış iş adamı prezidentə təşəkkür etdi

Azərbaycanın sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi üçün məqsədyönlü işlər görülür, cəmiyyətdə mövcud olan neqativ hallara qarşı mübarizə tədbirlərinin ildən-ilə gücləndirilir.

Həmçinin vurğulamaq yerinə düşər ki, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.

Elə pandemiyanın daha geniş vüsət aldığı dövrdə, ağır günlərdə cənab Prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyeva ölkə sahibkarlarına, biznes strukturlarına  diqqət və qayğı göstərdi, çoxşaxəli sosial-iqtisadi dəstək verdi.

Cənab prezidentin müsahibələrinin birində bildirdiyi kimi: "Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar. Yəni, ümumiyyətlə, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasətimiz bütün sahələrdə özünü göstərir".

Mən də bu fikirləri əsas tutaraq biz sahibkarlara yaradılan şəffaf şəraitə görə ölkə başçısına təşəkkür edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev dövlət strukturlarına sahibkarların işinə yersiz müdaxilələrinə son qoymaları barədə mütəmadi olaraq xəbərdarlıq edir və bu istiqamətdə Fərman və Sərəncamlar imzalayır. Bu da onu bir daha göstərir ki, ölkə başçısı cənab prezident sahibkarlarla bağlı məsələyə  də xüsusi nəzarət edir.

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna - Ağcabədi ilə Ağdama növbəti səfəri zamanı sahibkarlara çağırış etdi ki, Ağdama gəlsinlər, azad edilmiş bütün digər ərazilərə sərmayə - vəsait qoysunlar.

Mən də bunu əsas tutaraq bildirmək istəyirəm ki, biz iş adamları dövlətin bizim üçün yaratdığı imkanlardan istifadə edərək, sözügedən bölgənin inkişafına öz töhfələrimizi verməyə, hərəkətə keçməyə hazırıq.

Sonda onu da bildirmək istəyirəm ki, xalq-iqtidar birliyini dərinləşdirən də elə bu siyasətə xalqın inamı və  ictimai etimaddır.

Bir daha minnətdarlığımı bildirirəm cənab Prezident!

Emil Səməndərov
Tanınmış iş adamı, "PROQRESS-2016" MMC-nin rəhbəri.

Loading...

Oxşar Xəbərlər