İDMAN

Tanınmış azərbaycanlı iş adamına bu qurumda vəzifə verildi - FOTO

“Qarabağ - Əlil döyüşçülər” Futbol Federasiyasına yeni təyinat baş tutub. 

32gun.az-ın məlumatına görə,  tanınmış iş adamı Emil Səməndərov sözügedən quruma vitse-prezident təyinedilib. 

Artıq bir neçə gündür ki, E.Səməndərov bu vəzifəni icra edir. 

Qeyd edək ki, “Qarabağ - əlil döyüşçülər” Futbol Federasiyasının prezidenti Rövşən Quliyevdir.

Federasiya yarandığı gündən bir neçə dəfə Avropada ölkəmizi uğurla təmsil edib. Eləcə də, federasiya mayın 20-dən 22-dək Polşanın Krakov şəhərində 8 ölkənin iştirakı ilə keçiriləcək “Avro Liqa”ya vəsiqə qazanıb.

Loading...

Oxşar Xəbərlər