SOSIAL VİDEO

DƏHŞƏTLİ HADİSƏ! Kirayə puluna görə ata körpəsini öldürdü - FOTO+VİDEO

Antalyada dəhşətli hadisə baş verib,.

Atası tərəfindən döyülən 3 aylıq körpə həyatını itirib. 

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisəylə bağlı körpənin anası polisə müraciət edib.

Beyza Nur Erol 3 aylıq körpəsi Elif Adanın nəfəs almadığını anlayaraq, Təcili Tibbi Yardıma zəng vurub. Hadisə yerinə gələn təcili yardım əməkdaşları körpənin öldüyünü müəyyən edib.

Elif Adanın cənazəsi Serik dövlət xəstəxanasının morguna aparılıb. Aparılan ekspertiza nəticələrinə görə körpənin baş və alın nahiyələrində döyülmə izləri aşkarlanıb.

Hadisənin baş vermə səbəbi kimi, kirayə puluna görə mübahisə baş verməsi göstərilir.

Polis azyaşlı körpəsini öldürən atanı həbs edib.

Nurlan Şiraliyev

 

Loading...

Oxşar Xəbərlər