HADİSƏ

Bakıda ŞOK OLAY: Polis bölməsinə gətirilən şəxs görün nə etdi

Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində saxlanılan şəxsin özünü ikinci mərtəbədən atması ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünə xəsarət yetirən şəxs narkotik aludəçisidir:

“Saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.

Qeyd edək ki, ötən gün bölməyə gətirilən 28 yaşlı Abbasov Təbriz Elbrus oğlu binanın ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

***

05:26

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

32gun.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb. 
1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılan zaman polis bölməsinə gətirilib. O, bölmınin ikinci mərtəbəsində özünü pilləkəndən yerə atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.

Loading...

Oxşar Xəbərlər