HADİSƏ

Tanınmış jurnalist vəfat etdi

"Səhər" qezetinin baş redaktoru olmuş tanınmış jurnalist Məzahir Süleymanzadə 69 yaşında vəfat edib.

32gun.az xəbər verir ki, bu barədə onun qardaşı, keçmiş futbol hakimi Tahir Süleymanov məlumat verib.

O bildirib ki, yas mərasimi mayın 12-də keçiriləcək.

Qeyd edək ki, 1952-ci il dekabrın 22-də Bakıda anadan olan M.Süleymanzadə 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan “Səhər” qəzetini təsis edib.

O, həmçinin çoxsaylı kitablar müəllifidir. M.Süleymanzadə 1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. O, 2005-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Loading...

Oxşar Xəbərlər