DÜNYA

Ailə Sağlamlıq Mərkəzində BİABIRÇILIQ! Həkim 4 xəstəsi ilə cinsi əlaqədə oldu

Adanada sağlamıq mərkəzlərinin birində baş verən hadisə hər kəsi şoka salıb. 

32gun.az Trkiyə KİV-nə istinadən xəbər verir ki, xəstəxananın növbətçi həkimi Dr. İ.H.S  4 xəstəsi ilə cinsi əlaqədə olduğu iddia edilib. 

İddiaya görə, Levent Məhəlləsi Ailə Sağlamlığı Mərkəzinə gələn bəzi xəstələr tibb bacılarına və digər həkimlərə həkim İ.H.S tərəfindən sözlə və  əllə təcavüzə məruz qaldıqlarını bildiriblər. Bundan sonra tibb bacıları və həkimlər İ.H.S  ilə danışıb ona xəbərdarlıq ediblər. 

Lakin buna baxmayaraq, həkimin ailə sağlamlığı mərkəzində əməlllərinə davam etdiyi, hətta 4 xəstəsi ilə cinsi əlaqədə olduğu iddia edilib.

Həkimlər və tibb bacıları bu vəziyyətdən şübhələnərək, həkimlə yaxınlıq etdiyi iddia edilən bir xəstəni izləməyə başlayıblar və onları cinsi münasibətdə olarkən tutublar. Bu hadisədən sonra tibb bacıları və həkimlər həmkarlarından şikayət ediblər. Həkim şikayət əsasında Adana Valiliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb. Daha sonra həkimin həyat yoldaşı boşanmaq üçün məhkəməyə baş vurub.

Həkimlə bağlı araşdırmalar davam edir.

 

Loading...

Oxşar Xəbərlər