SOSIAL

Operativ qərargah iki vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 872 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 70 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 861, bu günə qədər isə ümumilikdə 6 842 319 test icra olunub.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4558 vaksin vurulub.

Son sutkada birinci doza üzrə vaksinasiya olunanların sayı 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 525, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3188, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 379 nəfərdir.

Loading...

Oxşar Xəbərlər