İDMAN

"Qarabağ"dan Qurban Qurbanovla bağlı QƏRAR

"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqaviləsinin müddətini uzadıb.

32gun.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. O, bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. "Köhlən atlar" ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.

Loading...

Oxşar Xəbərlər