SOSIAL

Rasim Balayevə vəzifə verildi

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib.

32gun.az xəbər verir ki, iclasda gündəlikdə duran bir sıra məsələlər, o cümlədən ittifaqın sədrliyinə namizədlik məsələsi müzakirə olunub.

Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovu hörmət və ehtiramla andıqdan sonra onun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.

İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.

May ayının son ongünlüyü içində (20-30 may tarixləri arası) AKİ-yə sədr təyinatı ilə bağlı iclasın keçiriləcəyi dəqiqləşib.

Bundan başqa, iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı dövlət başçısına müraciət edilməsinə dair qərar qəbul olunub.

Loading...

Oxşar Xəbərlər