HADİSƏ

DƏHŞƏTLİ İNTİHAR: Ana 5 yaşlı qızı ilə özünü binadan atdı

Hadisə İranın Tehran vilayətinin Kərəc şəhərində qeydə alınıb.

32gun.az xarici mediaya istinadla xəbər verir ki, həyat yoldaşı ilə mübahisə edən gənc xanım əvvəlcə 5 yaşlı qızını yaşadıqları binanı 4-cü mərtəbəsindən yerə atıb. Bundan sonra özünü də ataraq həyatlarına son qoyub.

Meyitlər müayinə olunması üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Orada ana və qızının intihar deyil, qətlə yetirildikləri iddiası da ortaya atılıb.

Faktla bağlı şəhər polisi araşdırmalara başlayıb. //lent

 

Loading...

Oxşar Xəbərlər