HADİSƏ

Tanınmış alim vəfat etdi - FOTO

Ali Attestasiya Komissiyasının üzvü, tanınmış alim Arif Quliyev vəfat edib.

32gun.az “Qafqazinfo”a istinadən xəbər verir ki, professor 88 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, əslən A.Quliyev 1934-cü ildə Aşqabad şəhərində anadan olub. O, 1978-ci ildə Moskvada SSRİ Elektro-Texnika Nazirliyinin "Kvant” Elmi-İsteh­salat Birliyində şöbə müdiri vəzifəsinə təyin edilib. Məxfi istehsalat sahəsində çalışıb, bir sıra ixtiralarına görə patent alıb.

Yeni Texnologiyalar İnstitutunda rəhbər vəzifələrdə çalışıb. 1994-2003-cü illərdə Azərbaycan Aero-Kosmik Agentliyinin direktor müavini, direktorun müşaviri vəzifələrini tutub. 2003-cü ildən isə Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, baş elmi katib, qurumun aparat rəhbəri vəzifələrində çalışıb.

Tanınmış alim vəfat etdi

Loading...

Oxşar Xəbərlər