HADİSƏ

Bakıda səfirlik əməkdaşı qəzaya DÜŞDÜ

Bakıda səfirlik əməkdaşı yol qəzasına düşüb.

32gun.az Trend-ə istinadla xəbər verir ki, hadisə bu gün saat 11 radələrində baş verib. 1987-ci il təvəllüdlü Türkiyə vətəndaşı Yüzak Taner idarə etdiyi avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan Y.Taner xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alan Y.Tanerin Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı olduğu bildirilir.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki, qəzada ağır xəsarət alan Türkiyə vətəndaşı mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

"Dərhal yaralıya ilkin tibbi yardım göstərilib. KT və ultrasəs müayinəsi aparılıb. Hazırda yaralı qapalı kəllə beyin travması ilə Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil olaraq qalır", - E.Hidayətoğlu deyib.

Loading...

Oxşar Xəbərlər