DÜNYA

Türkiyə razı olmasa, bu ölkələr NATO-ya qəbul edilməyəcək

"Finlandiya və İsveçi alyansa qəbul etmək üçün Türkiyənin səsinə ehtiyac var".

32gun.az xəbər verir ki, bu barədə MDBMİ-nin dosenti Nikonov deyib. O bildirib ki, Türkiyə buna qarşı çıxsa, Finlandiya və İsveç NATO-ya üzv ola bilməyəcək. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına hələ də mənfi münasibət bəsləyir, çünki “bundan əvvəl Yunanıstanla bağlı müəyyən səhvlər olub”, bu məsələdə Türkiyə olaraq ikinci dəfə səhv etmək istəmirik” deməsinə də ekspert münasibət bildirib.

Ekspert qeyd edib ki, o, Ərdoğanın bu cür “nitqinin” səbəblərini tam başa düşmür, çünki Türkiyənin Finlandiya və İsveçlə maraqları heç vaxt kəsişməyib, ölkələr arasında münaqişə olmayıb – bəlkə də yaxın gələcəkdə danışıqlar prosesi başlayacaq.

Nurlan Şiraliyev
 

Loading...

Oxşar Xəbərlər