SOSIAL

Elşad Miri Rəşad Dağlının üzr istəməsinə münasibət bildirdi: “Burada dindarlar hakimiyyəti təmsil edir?”

“Tənqid normal şeydir, kimsə tənqid oluna bilər, amma təhqirə qarşı hər zaman etirazımı bildirmişəm. Əgər bu tənqiddirsə, üzr istənməməlidir. Bu məsələdə, sadəcə, bir insanın şəxsiyyət problemi olaraq ortaya çıxır”.

Bunu Pravda.az-a açıqlamasında meyxanaçı Rəşad Dağlının Xomeyninin ünvanına səsləndirdiyi sözlərə görə üzr istəməsinə münasibət bildirən ilahiyyatçı Elşad Miri deyib.

E.Miri qeyd edib ki, bu, yeganə belə hal deyil: “Bundan əvvəl də aktyor Əlixan Rəcəbovun “Sonuncu şam yeməyi” adlı filmi vardı, onun da islama qarşı olduğunu iddia edirdilər. Əlixan da öz növbəsində üzr istəməyə məcbur oldu. Niyə görə üzr istəməlidir ki, Azərbaycan məgər teokratik, dini dövlətdir? Burada dindarlar hakimiyyəti təmsil edir? Məgər biz dünyəvi dövlət deyilik? İnsanlar istədikləri şəkildə öz sözlərini ifadə edə bilməyəcəklər? Buna görə də bu cür yanaşma tamamilə yalnışdır. Kiminsə kimdənsə üzr istəməsi, xüsusi bir təbəqənin, sanki xüsusi bir kasta sisteminin formalaşması heç bir şəkildə qəbulolunan anlayış deyil. Özünü şiə təriqətinə aid edənlər ya Xamneyini, ya da Sistanini özlərinə rəhbər bilirlər...”

Loading...

Oxşar Xəbərlər