DÜNYA

Tramp yenidən prezident olacaq? - Həyat yoldaşından AÇIQLAMA

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp vəzifəsini tərk etdikdən sonra onun həyat yoldaşı Melaniya Tramp ilk dəfə olaraq ərinin Ağ Evə ikinci dəfə namizəd ola biləcəyinə eyham vurub. 

32gun.az xəbər verir ki, "Fox Nation”a danışan Melaniya Tramp Donald Trampın Ağ Evlə vidalaşmasından sonra vəziyyətinin yaxşı olduğunu və məşğul olduğunu bildirib.

Müsahibəni götürən jurnalist Pet Heqsetin "Ağ Evin yenidən sizin eviniz ola biləcəyinə inanırsınızmı?" sualına Melaniya: "Mən Vaşinqtonu sevirəm, onun hər hansı digər şəhərdən tamamilə fərqli olduğunu bilirəm. ABŞ-ın birinci xanımı olmaq mənim üçün ən böyük şərəf idi. Düşünürəm ki, Tramp administrasiyası dörd il ərzində çox şeyə nail olub. Heç vaxt heç vaxt deməyin", - cavabını verib.

Melaniya Tramp, həmçinin Trampın vəzifədə olarkən üzləşdiyi çoxsaylı tənqidlərə baxmayaraq, rolundan və Ağ Evlə işləməkdən həzz aldığını bildirib.

Qeyd edək ki, Tramp dəfələrlə 2024-cü ildə yenidən prezidentliyə namizəd olacağına eyham vurub. Keçən il yenidən seçilmək istəyib-istəmədiyi soruşulduqda Tramp, başqa variant görmədiyini deyib. //sfera

Loading...

Oxşar Xəbərlər