MƏDƏNİYYƏT - ŞOU

Filarmoniya "gecə klubu"na çevrilib — Mədəniyyət Nazirliyi hara baxıb?! (VİDEO)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının gecə klubuna çevrilməsi iddiasına reaksiya verilib. 

Mədəniyyət Nazirliyindən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb. 

“Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb.

Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib. 

Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”.
 

***17 may 18:19

Aprelin 4-nə açılan gecə Nizami küçəsindəki gecə klublarından birində baş verən partlayış cəmiyyəti iki qütbə ayırdı. Yarısı Allahın qəzəbindən qorxub, həmin gecə klubda “stress atanlar”a lənət oxudular, yarısı da dedi ki, “Avropaya gedən yol gecə klubundan keçir”. Nəticə odur ki, əvvəllər “bildiyim özümə qalsın” deyib, fikrini gizli saxlayanlar məhz bu hadisədən sonra ayrı cəbhələrə bölünmüş sayıldılar. Hətta, bir evin içində bu fikir ayrılığından dolayı günlərlə danışmayan, bir-birinin fikrini qəti şəkildə tənqid edənlər oldu.

İki aya yaxın zaman ötüb o dəhşətli gecədən. Ölən öldü, qalana dərs olmadı. Hadisənin real səbəbini görməzdən gəlib, qəbul etmək istəməyib, özünü Allahın sınağından sivişib çıxmış hesab edənlər oldu. Hələ də Bakının səssiz gecələrinin sükutunu pozan, qaranlığına “işıq saçan” klublar var. Ən pisi də budur ki, belə klublar MƏDƏNİYYƏTİN bir parçasına çevrilib. Sözün hərfi, həm də məcazi mənasında...

Bu görüntülər üçün pilləkanları aşağı düşməyə ehtiyac yoxdur. Bu gecə klubuna çox elitar ab-havalı, mədəniyyət qoxulu pilləkanları qalxmaqla, Müslüm Maqomayevin avazını duyaraq, ruhuna salam edərək daxil ola bilərsiniz.

Bəli, bizim Avropa mədəniyyətini həyat tərzinə çevirən, mədəniyyət ocağını klub hay-küyünə əsir edən gənclərimiz, bir də bu gənclərə “şərait yaradan” “insaflı adamlarımız” bu vur-çatlasını məhz burada - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediblər. Mədəniyyət Nazirliyinin nəzarətindən kənar düşən mədəniyyət ocağı gecə klubuna çevrilib. Görünən budur ki, Nizami küçəsindəki gecə klubunda yaşananla eyni tale bu mədəniyyət ocağını da gözləyir. Çıxış yolumuz isə budur: ya Allahın qəzəbini gözləmək, ya da Mədəniyyət Nazirliyinin qərarını...

   

Loading...

Oxşar Xəbərlər