MƏDƏNİYYƏT - ŞOU

Məşhurlar Sevda Yahyayevanın toyuna nə qədər pul yazdırdı? - VİDEO

Müğənni Sevda Yahyayevanın təmtəraqlı toyunun əks-sədası bitmək bilmir.

Bu dəfə “Həmin Zaur” proqramında şou-biznes nümayəndələrinin Sevdanın toyuna yazdırdığı pulun miqdarı araşdırılıb.

Verilişinin aparıcısı Zaur Kamal elə toyda müxbirlik edərək müğənnilərdən sənətçinin toyuna saldığı pulun nə qədər olduğunu öyrənib.

O, toyda rəqs edən Əməkdar artist Abbas Bağırovla Xalq artisti Röya Ayxana yaxınlaşıb.

Bu zaman Abbas ondan mikrofonu alaraq Zaura Sevdanın toyuna nə qədər pul yazdırdığını soruşub. Kamal toya 300 AZN saldığını bildirib.

Abbas Bağırov və Xalq artisti Röya Ayxan isə Yahyayevanın toyuna 2000 AZN yazdırıb.

 

Loading...

Oxşar Xəbərlər