SOSIAL
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
32gun.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı Şahin Şıxəliyev vəzifəsindən azad olunaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, həmin bölmənin sabiq rəisi, polis mayoru Qubad Qasımov bir müddət əvvəl yol qəzasında həlak olub.