SOSIAL

Azərbaycanda əməliyyat: 50 nəfər SAXLANILIB

İyulun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 67-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.  

Daxili İşlər Nazirliyindən 32gun.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Loading...

Oxşar Xəbərlər