HADİSƏ

Bakı bulvarında həkimin övladını və anasını DÖYDÜLƏR

Daxili İşlər Nazirliyi həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev 32gun.az-a bildirib ki, bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab olaraq qeyd edirik ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

Belə ki, vətəndaş E.Qurbanovanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Loading...

Oxşar Xəbərlər