HADİSƏ

Bakıda otaq yoldaşını öldürən şəxsə hökm oxundu

Bakıda otaq yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ravil Baybəyova hökm oxunub və o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

32gun.az-ın xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, qətl hadisəsi bu il martın 29-da Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Ravil Baybəyov birgə yaşadıqları mənzildə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürüb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Loading...

Oxşar Xəbərlər