SOSIAL

BDU Misir Mərdanovla müqaviləyə xitam verdi - SİYAHIDA DAHA KİMLƏR VAR?

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2021-2022-ci tədris ilində Bakı Dövlət Universitetində əvəzçiliklə işə qəbul edilmiş professor-müəllim heyətinin əmək müqavilələrinə xitam verilməsi haqqında əmr imzalayıb.

32gun.az xəbər verir ki, əmrin surəti sosial şəbəkələrdə paylaşılıb.

Əmək müqaviləsinə xitam verilənlər sırasında Baş nazirin müavini Əli Əhmədov, ombudsman Səbinə Əliyeva, sabiq təhsil naziri Misir Mərdanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da var. Bundan başqa, BDU  Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər tanınmış şəxslərlə də əmək müqaviləsinə xitam verib.

Loading...

Oxşar Xəbərlər