SOSIAL

Keçmiş direktorla nazirlik arasında QALMAQAL

Təhsil Nazirliyi məhkəməyə verilib.

32gun.az xəbər verir ki, qurum barədə Balakişiyev Fikrət Boran oğlu iddia qaldırıb. O, işə bərpa olunmasını tələb edir. Birinci instansiya məhkəməsi Fikrət Balakişiyevin iddiasını təmin etməyib. Bu baxımdan, o, Apellyasiya Məhkəməsinə müraciət edib. Firkət Balakişiyevin apöellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Şeyda Məhərrəmovanın sədrliyi ilə baxılacaq.

Firkət Balakişiyev Saray qəsəbəsində fəaliyyət göstərən 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Onun işdən çıxarılmasının səbəbləri barədə bilgi yoxdur. Yalnız o bəllidir ki, keçmiş direktor işdən çıxarılmasını əsassız hesab edir.

Firkət Balakişiyev Təhsil Nazirliyi ilə yanaşı qurumun hüquq şöbəsinin sektor müdiri Rasim Hüseynovu da məhkəməyə verib.
Nilay

Loading...

Oxşar Xəbərlər