SOSIAL

Ata Abdullayevə hökm oxuyan hakim vəfat etdi (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov vəfat edib.

32gun.az xəbər verir ki, o, ötən gün 64 yaşında yaşadığı evdə dünyasını dəyişib.

F.Qəribov bu gün Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Qəribov 1995-2000-ci illərdə Naxçıvan MR prokuroru olub. O, 2011 - ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

O, son dövrlərdə AXCP fəalı Fuad Əhmədliyə, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevə, deputat Əhliman Əmiraslanovun qardaşı oğlu Emil Əmiraslanova
"Qafqaznews.az" saytının rəhbəri Mahmud Tağıyevə, "Lotu Quli"nin yeznəsi Vidadi Hüseynova, bloqer Ata Abdullayevə hökm oxuyub. //qafqazinfo

Loading...

Oxşar Xəbərlər