SOSIAL

Bakıda itkin düşən yeniyetmə bacılardan XƏBƏR VAR

Bakıda itkin düşən yeniyetmə bacılar tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev 32gun.az-a bildirib ki, Abdullayeva bacıları yaşadıqları ünvana geri qayıdıblar: “Onların həyati təhlükələri yoxdur. Baş vermiş hadisəyə səbəb yeniyetmə qızların ailə üzvlərinə getdikləri ünvan barədə məlumat verməmələri olub”.

Qeyd edək ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmamışdılar.

Loading...

Oxşar Xəbərlər