SOSIAL

SON DƏQİQƏ! Operativ Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 561 yeni yoluxma faktı qeydə alınıb, 595 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

32gun.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1290 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 184, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 737, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 137 nəfərdir.

Loading...

Oxşar Xəbərlər