SOSIAL

"Azərsu"nun səhlənkarlığı üzündən evi su basdı (FOTO+VİDEO)

"Azərsu" ASC-nin səhlənkarlığı Neftçala sakininin şikayətinə səbəb olub. 

32gun.az-a danışan rayon sakinin bildirdiyinə görə,  Neftçalada yeni sus sistemi çəkilir və sayğac qoşulur. 

Buna görə də, məhəllədə hidrant açarı quraşdırılıb. Lakin şikayətçinin bildirdiyinə görə, həmin açar onların evlərinin düz qarşısısında quraşdırılan zaman bir şərtllə razılaşıblar ki, bizə problem yaradılmasın. 

Lakin  “Azərsu” ASC-nin Neftçala Sukanal İdarəsinin səhlənkarlığı üzündən evin həyətini su basıb. Hadisə Neftçala rayon M. Ə.Sabir küçəsində baş verib.

Belə ki, hidrant açar xarab olduğu üçün su axıb onların həyətinə dolub. Lazımı qurumlara şikayətlər etdikdən sonra gəlib açarı təmir etsələr də həyətin sudan təmizlənməsi üçün heç bir köməklik göstərilməyib. 

Ev sahibiləri onu da bildiriblər ki, lazımı qurumlara suyun təmizlənməsinə kömək edilməsi üçün müraciət etsələr də buna əncam çəkən yoxdur. 

Nilay

Loading...

Oxşar Xəbərlər