SOSIAL

SON DƏQİQƏ: Operativ Qərargah həftənin son iş günü vacib iki məlumatı əhaliyə çatdırdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 346 aktiv xəstə var. Bu günə qədər 9 813 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 191, bu günə qədər isə ümumilikdə 7 162 508 test icra olunub.

Son gündə koronavirus əleyhinə 1 206 vaksin vurulub.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 658, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 108 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 862 892 təşkil edir.

Loading...

Oxşar Xəbərlər