SOSIAL

SON DƏQİQƏ! Operativ Qərargah axşam vaxtı vacib iki məlumatı əhaliyə çatdırdı

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 612 yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 815 min 47 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 min 707 nəfər müalicə olunaraq sağalıb, 9 min 822 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 518 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 25, bu günə qədər isə ümumilikdə 7 milyon 166 min 533 test icra olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən digər məlumata görə, Sentyabrın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1333 doza vaksin vurulub.

Gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 299, ikinci doza vaksinlərin sayı 201, üç və daha çox doza vaksinlərin sayı 714, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 119-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 864 min 225, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 374 min 702, ikinci mərhələ üzrə 4 milyon 863 min 644, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 366 min 315, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 259 min 564-dür. 

 

Loading...

Oxşar Xəbərlər