SOSIAL

Bakıda QƏRİBƏ ZİYARƏTGAH: "Dəvənin altından keç, uşağın olsun" (VİDEO)

"Dəvənin altından keç, uşağın olsun".

Bura Sufi Həmid ziyarətgahıdır.

32gun.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. 

Əfsanəyə görə Sufi Həmid vəsiyyət edib ki, mən öləndə məni dəvənin üstünə qoyun və dəvə harada dayansa, gəlib orada basdırarsız. Dəvə Səngəçalda iki karvansaranın arasında dayanır. Və burada qəbiristanlıq salınır. Qoca burada basdırılır.

Ziyarətgahda olan dəvəni buraya sonradan qoyublar. İnanca görə, uşağı olmayan qadınlar bruaya gəlib, dəvənin altından keçirlər. Bundan sonra onlar niyyətlərinə çatırlar.

Ziyarətə gələn insanlar, ağaclara iplər bağlayır, niyyət edirlər. Uşaqları olmayan qadınlar, uşaqlara aid əşyaları düzəldib buradan asırlar.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər