SOSIAL

Xalq artistinin qızı: “Atamın vəziyyəti ağırlaşıb, beyninə oksigen getmir”

“Atamın vəziyyəti daha da pisləşib”.

32gun.az xəbər verir ki, bu sözləri Xalq artistinin qızı Aytən Həsənova Bizim.Media-nın əməkdaşı ilə söhbətində açıqlayıb. 

Koronavirus testinin nəticəsinin hələ də açıqlanmadığını bildirən sənətkarın qızı atasının vəziyyətinin daha da ağırlaşdığını açıqlayıb. 

“Atamın beyninə oksigen getmədiyindən sağlamlıq vəziyyəti ağırlaşıb. Əlləri ilə başını sıxır. Hələ də yaxmanın nəticəsi bəlli deyil. Bir sözlə, “iynə üstündə”yik. Oturub testin cavabını gözləyirik. Zaman da atamın əleyhinə işləyir. Ona təcili tibbi yardım olunmalıdır ki, ağır vəziyyətdən çıxsın. Çox narahatçılıq keçiririk”. 

Qeyd edək ki, Ə.Həsənovun qızı Aytən Həsənova iddia edib ki, atası koronavirus xəstəsinin olduğu palatanın yanında yerləşdirildiyindən “Covid-19”a yoluxub.

O, həmçinin bildirib ki, Heydər Əliyev Fondu atasının müalicəsini öz üzərinə götürüb.

Loading...

Oxşar Xəbərlər