SOSIAL

SON DƏQİQƏ! Operativ Qərargah iki vacib məlumatı əhaliyə çatdırdı - 1544 nəfər...

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 492 yeni yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 544 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 231, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 135 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 866 887, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 375 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 035, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 367 780, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 793 nəfər təşkil edir.

Loading...

Oxşar Xəbərlər