SOSIAL

Sürücülərin NƏZƏRİNƏ!

Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) 32gun.az-a verilən məlumatda bildirilib.

Belə ki, yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib.

Sürücülərdən dəyişikliyi nəzərə almaqlarını və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik.

Loading...

Oxşar Xəbərlər