KRİMİNAL

Bakıda 1 yaşlı körpənin müəmmalı ölümü ilə bağlı dəhşətli faktlar - YENİLƏNDİ

Suraxanı rayonu, Hövsan qəsəbəsində anası tərəfindən yeməyinə hidrogen-peroksid qatılaraq öldürüldüyü iddia olunan bir yaşlı körpə poliklinikada qeydiyyatda olmayıb. 

Bu barədə Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikasından Manset.az-a verilən məlumatda deyilir:

“Uşağın adına poliklinikada heç bir sənəd açılmayıb. Ailəni tanımırıq. Ailə ilə bağlı heç bir məlumatımız yoxdur”. 

Qəsəbə bələdiyyəsi isə hadisənin onlara aid olmadığını bildirib:

“Məsələdən xəbərimiz yoxdur. Ümumiyyətlə, ailəni tanımırıq və bu məsələ ilə bağlı aidiyyəti qurumlar məşğul olur”.

İcra hakimiyyəti isə zənglərimizi cavabsız qoydu.

***10:16
Sentyabrın 9-da  Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə rayon prokurorluğundan 32gun.az-a verilən məlumatda bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Loading...

Oxşar Xəbərlər