SOSIAL

"Nəvələrim özəl məktəbdə oxuyur, dövlət məktəblərinin formalarından xəbərim yoxdur" - Fəzail Ağamalı

Xəbər verdiyimiz kimi, artıq ikinci dəfədir ki, Bakı Tikiş Evinin (BTE) satış mağazasının qarşısında izdiham yaşanır.

İzdihamın yaşanmasına əsas verəcək səbəblər qiymət və keyfiyyətlə bağlı narazılıqların olmasıdır.

Məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalı ilə əlaqə saxladıq.  

32gun.az-a danışan deputat nəvələrinin özəl məktəbdə oxuduğunu və  dövlət məktəblərinin formasından xəbərsiz olduğunu qeyd edib:

"Bakı Tikiş Mərkəzinin qarşısındakı izdihamdan xəbərim yoxdur. 

Həmçinin, mənim 2 nəvəm var. Onlar özəl məktəbdə oxuyur. Buna görə də, dövlət məktəbinin formaları ilə bağlı məlumatım yoxdur".

Jalə

Loading...

Oxşar Xəbərlər