KRİMİNAL

Polis təcili əməliyyat KEÇİRDİ - Rəhimova və Mirzəyeva SAXLANILDI

Binəqədi rayonu ərazisindəki evlərin birindən 3000 manat pul oğurlanıb.

32gun.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Mirzəyeva saxlanılıb.

Lənkəran rayonu, Sütəmurdov kəndindəki evlərin birindən isə 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini S.Rəhimova saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər