KRİMİNAL

Hamamdan çıxan mebel ustası, 27 bıçaqla öldürülən qadın - Sumqayıtdakı qətlin təfərrüatı (FOTOLAR)

Keçmiş arvadına 27 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirməkdə təqsirləndirilən Samir Verdiyevin cinayət işi üzrə  təfərrüatlar məlum olub.

32gun.az xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.

Şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. O, qadına 27 bıçaq zərbəsi vuraraq, onu xüsusi amansızlıqla öldürüb.

Keçirilən əməliyat tədbirləri nəticəsində Samir Verdiyev şübhəli şəxs qismində saxlanılıb.

O, ifadəsində bildirib ki, 2005-ci ilin dekabr ayında toy etməyə maddi imkanı olmadığından Tutuxanım Cəfərovanı qaçırıb Qurd Dərəsi bağlar massivində babasına məxsus evə gətirib. 
2007-ci ildə nigahlarını rəsmiləşdiriblər və üç uşaqları dünayaya gəlib.

Spirtli içki qəbul etdiyindən arvadı həm buna görə, həm də bağ evində yaşamaq istəmədiyindən onunla tez-tez dalaşıb başonacağını deyib. Nəhayət, 2014-cü ildə Cəfərova uşaqları ilə birlikdə 3-cü mikrorayona köçüb. Samir ona barışmağı təklif etsə də, yoldaşı bundan imtina edib və ondan boşanaraq aliment tutulmasına nail olub. 

Son vaxtlar arvadının yüngül həyat tərzi keçirib müxtəlif şəsxlərlə görüşməsinə dair eşitdiyi söz-söhbətlər ona pis təsir edib. Bu barədə Tutuxanımla danışdıqda sonuncu onu söyərək təhqir edib.

Samir Verdiyev ifadəsinin davamında bildirib ki, bir neçə gün sonra uşaqlarına baş çəkmək üçün evə gələrkən onların həyətdə oynadıqlarını görüb. Övladları ilə yuxarı qalxıb qapını döydükdə Tutuxanım səsini eşidib qapını xeyli gec açıb. Onu qonaq otağına dəvət edib özü həyəcanlı halda hamam otağına tərəf gedib. Bir-iki dəqiqədən sonra Cəfərovanın təxminən 25-30 yaşlarında olan orta boylu oğlanı hamam otağından sakit qapıya doğru apardığını görüb qarşısına keçərək arxasında gizlətdiyi şəxsin kim olduğunu soruşub.

Naməlum şəxs deyib ki, adı Rüstəmdi Corat qəsəbəsində yaşayır və qadının xahişi ilə yataq mebelini təmir etmək üçün gəlib. 

Sonuncu Tutuxanımla şəxsi mübasibətinin olmadığını deyib. Samir yalandan danışdığını bildirib və ona yumruq atıb. Keçmiş arvadı araya keçib Rüstəmi müdafiə etdikdə ona şillə vurub. Rüstəm isə bundan istifadə edərək mənzildən qaçıb.

Hadisə baş verən günü Samir kafedə spitli içki qəbul etdikdən sonra Tutuxanımın yaşadığı evə gəlib. Həmin vaxt uşaqlar həyətdə olub. Həmiddən Rüstəm barəsində soruşduqda oğlu son bir il ərzində onun daim onlara gəlib qonaq otağında anası ilə yatıb gecələdiyini söyləyib. Digər oğlanlarıda bunu təsdiq ediblər.

Qəzəblənən Samir mətbəx bıçağını şalvarının cibinə qoyaraq arvadının işdən evə qayıtmasını gözləyib. 

Təxminən saat 20:45-də Tutuxanım içəri daxil olmaq istəyərkən bıçaqla onu qarın nahiyyəsindən vurub. Qadın təkrar zərbədən yayınmaq üçün çevrilib üzü aşağı qaçmağa başlayıb. Blokun 2-ci mərtəbəsinin meydançasında çatıb arxadan saçından tutaraq onu yerə yıxıb və kəsici alətlə zərbələr endirib. Bir neçə dəqiqədən sonra aşağında iki nəfər qalxıb bıçağı yerə atmağı tələb ediblər. 

Qadına vurduğu çoxsaylı zərbələrin təsirindən onun öləcəyini düşünüb bıçağı yerə atıb. Daha sonra isə qardaşına zəng edərək Tutuxanımı öldürdüyünü deyib və polisə gələrək təslim olub.

Zərərçəkmiş Mirfərid Cəfərov ifadəsində bildirib ki, qızı Samirdən hər ay 309 manat alimentin tutulmasına nail olsa da, keçmiş kürəkəni həmin məbləği ödəməkdən yayanıb. Nəticədə hadisəyədək 11 min manat borcu toplanıb. Qızı son vaxtlar dərzi sexində işləyib. Hadisə günü onun mobil telefonuna polisdən zəng edərək qızının əri tərəfindən bıçaqlandığını bildiriblər.

Məhkəmə prosesində Samir Verdiyev ittiham üzrə özünü qismən təqsirli bilib. 

Sonda məhkəmənin hökmü ilə Samir Verdiyev xüsusi amansızlıqla qəsdən adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdam məhrum olunub.

Loading...

Oxşar Xəbərlər